Tbilisidə Gürcüstan və Portuqaliyanın müdafiə nazirləri görüşüb

Tbilisidə səfərdə olan Portuqaliyanın müdafiə naziri Helena Karreiras gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, tərəflər beynəlxalq təhlükəsizlik məsələlərini, cari məsələləri, o cümlədən Gürcüstanın Avro-Atlantik inteqrasiyasını müzakirə ediblər.

Görüş çərçivəsində nazirlər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əməkdaşlığa dair sənədi imzalayıblar. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsində razılaşıblar.

Məlumatda bu səfərin Portuqalliya müdafiə nazirinin müstəqillik tarixində Gürcüstana ilk səfəri olduğu qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir