Taxıl müqaviləsi ilə bağlı mayın 10-11-də İstanbulda dördtərəfli görüş keçiriləcək

Mayın 10-11-də İstanbulda taxıl müqaviləsi üzrə yüksək səviyyəli görüş keçirilməsi planlaşdırılır.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin söyləyib.

O, görüşün dördtərəfli formatda keçiriləcəyini bildirib.

“Bizim sabah və o biri gün İstanbulda dördtərəfli formatda yüksək səviyyəli görüşümüz var”, – deyə rusiyalı diplomat diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir