Azərbaycanın NATO-dakı səfiri II Dünya Müharibəsi zamanı Belçikada həlak olan azərbaycanlının məzarını ziyarət edib

İkinci Dünya Müharibəsi illərində Belçikada həlak olmuş azərbaycanlı əsgərin məzarı ziyarət edilib, milyonlarla müharibə qurbanının, müharibə zamanı sülh, azadlıq və insan ləyaqəti uğrunda vuruşmuş bütün qəhrəmanlarımızın əziz xatirəsi qürur və ehtiramla yad edilib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə bildirib.

“Azərbaycanda elə bir ailə yoxdur ki, Azərbaycan ərazisindən kənarda baş verən bu müharibədən zərər görməsin. Müharibəyə gedən 700 000 azərbaycanlının yarısı həyatını itirib, çoxu da döyüşlər zamanı itkin düşüb. Müharibədə qələbənin qazanılmasında canlı qüvvəsi ilə yanaşı, Azərbaycan öz nefti ilə də əvəzsiz töhfə verib.

Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verən dövlətlər sırasında olub və belədir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir