Tailandda zavodda partlayış baş verib, azı 18 nəfər ölüb

Tailandda baş verən partlayış nəticəsində ən azı 18 nəfər ölüb.

 

Azinformasiya.az Thai Rath-a istinadən xəbər verir ki, Suphanburi əyalətində quşları qorxutmaq üçün fişənglər istehsal edən zavodda partlayış baş verib.

Həmin gün 20-yə yaxın fabrik işçisi müəssisədə olub.

Partlayışdan əvvəl onların heç biri emalatxananı tərk etməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir