Tailandda güclü zəlzələ nəticəsində ölənlərin sayı 8-ə çatıb

Banqkokda baş verən güclü zəlzələnin nəticəsində həyatını itirənlərin sayı 8 nəfərə yüksəlib.

 

Azinformasiya.az  xəbər verir ki, şəhər qubernatoru Çadçart Sittipunt bu barədə məlumat verib.

Ölənlərdən 7-nin tikilməkdə olan 30 mərtəbəli binanın uçması nəticəsində həyatını itirdiyi bildirilib.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına görə, Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.

 

Azinformasiya.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir