Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə ötən gün şəhərin Nizami küçəsində baş verib.
Belə ki, 2024-cü il təvəllüdlü M.A. yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən körpə orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az