Sumqayıtda qəza olub, 2 nəfər xəsarət alıb

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, qəza yolun Sumqayıt ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Bayramov Fikrət Xanoğlan oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə, Abşeron rayon sakini, 1976-cı il təvəllüdlü Məmmədov Əli Rza oğlunun idarə etdiyi “Kia” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ-2107″- nin sürücüsü və sərnişini, Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Namiq Əvəzxan oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir