Sumqayıtda avtomobil piyadanı vurub

Sumqayıtda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, Hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Məstəliyev Zamil Xanlar oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobil piyada, 1983-cü il təvəllüdlü Beyzadi Nazim Əşrəf oğlunu vurub.

Piyada dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir