Sumqayıtda 90 yaşlı qadını avtomobil vuraraq öldürüb

Sumqayıtda 90 yaşlı qadını avtomobil vuraraq öldürüb.

 

Azinformasiya.az xəbər verir ki, Məmmədov Bəhmən Xudayar oğlu “Dacia Logan” markalı avtomobilini Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 119 ünvanında arxa-arxaya idarə edən zaman, yolu soldan sağa keçmək istəyən piyada, 1933-cü il təvəllüdlü Qasımova Pərnisə Əmirqulu qızını vurub.

Sözügedən şəxs aldığı xəsarətlərdən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

Faktla əlaqədar cinayət işi başlanaraq istintaqı aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir