Sudandakı toqquşmalarda ölən mülki sakinlərin sayı 863-ə çatıb

Sudanda ordu ilə xüsusi təyinatlı çevik reaksiya qüvvələr arasında baş verən silahlı qarşıdurmada həlak olan mülki vətəndaşların sayı 863-ə yüksəlib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Sudanda Həkimlərin Həmkarlar İttifaqına istinadən məlumat yayıb.

Məlumata görə, xəsarət alanların sayı 3 531 nəfərə çatıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Sudan silahlı qüvvələri xüsusi təyinatlıların paytaxtdakı bazalarına bir neçə hava zərbəsi endirib və Xartuma aviazərbələr endirilməsi ən azı iki saat davam edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir