Sudanda silahlı toqquşmalarda daha 30 mülki şəxs həyatını itirib

Sudanda ordu ilə çevik xüsusi təyinatlılar arasında baş verən silahlı toqquşmalarda ötən gün ərzində 30 mülki şəxs həlak olub.

 

Azinformasiya.az “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Sudan Həkimlər Komitəsi təsdiqləyib.

Komitənin sözlərinə görə, elan edilmiş atəşkəsə rəğmən, ötən 24 saat ərzində 30 mülki şəxs həlak olub, 245 nəfər də yaralanıb.

Həmçinin  toqquşmalar nəticəsində ümumilikdə 174 mülki şəxsin həlak olduğu bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir