Sudanda BMT-nin Ümumdünya Ərzaq Proqramının 3 əməkdaşı öldürülüb

Aprelin 15-də BMT-nin Ümumdünya Ərzaq Proqramının 3 əməkdaşı Sudanda ordu və xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar zamanı ölüb.

 

Azinformasiya.az xəbər verir ki, bunu BMT Baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi və Sudanda keçid mərhələsinə dəstək üzrə BMT missiyasının rəhbəri Folkera Pertesa bildirib.

BMT-nin Ümumdünya Ərzaq Proqramının 3 əməkdaşının Şimali Darfur ştatının Kabkabiya şəhərində xidməti vəzifələrini yerinə yetirərkən ordu və xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar zamanı öldürüldüyü qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir