Sudan XİN rəhbəri diplomatik münasibətlərin bərpasından sonra ilk dəfə İrana səfər edib

Sudanın xarici işlər naziri İranla diplomatik münasibətlərin bərpasından sonra ilk dəfə İrana səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Sudan xarici işlər naziri Əli əs-Sadiq görüşüb, müzakirələr aparıb.

Bu iki ölkə arasında diplomatik münasibətlərin bərpasından sonra Sudan xarici işlər nazirinin Tehrana ilk səfəridir.

Qeyd edək ki, keçən ilin oktyabrında İran və Sudan birgə bəyanat verərək 8 ildən sonra siyasi əlaqələri bərpa edəcəklərini açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir