Stoltenberq: Ukraynaya daha çox hərbi yardım göndərin

“Mənim mesajım aydındır, Ukraynaya daha çox hərbi yardım göndərin”.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Niderland Baş naziri Mark Rutte, Danimarka Baş nazir Mette Frederiksen və Çexiya Baş naziri Petr Fiala ilə birgə mətbuat konfransında deyib.

Stoltenberq qeyd edib ki, keçirilən görüşdə Ukraynaya yardım məsələsi müzakirə olunub. “Döyüş meydanında vəziyyət çətindir, Ukraynanın daha çox yardıma ehtiyacı var və bu artıq ölkə rəhbərliyi tərəfindən bəyan olunub”.

NATO Baş katibi Çexiya, Danimarka və Niderlanda Ukraynaya verdiyi yardımlara görə təşəkkür edib və o, ABŞ Konqresinin də yaxın günlərdə Ukraynaya yardımı təsdiqləyəcəyinə ümidvar olduğunu bildirib.

“Mənim mesajım aydındır, Ukraynaya daha çox yardım lazımdır, ona görə də daha çox göndərin”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir