Stoltenberq: NATO Ukraynaya qoşun göndərməyəcək

NATO Ukraynaya qoşun göndərməyəcək və Kiyev də bunu istəməyib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq İtaliya mətbuatına açıqlamasında deyib.

Stoltenberqin sözlərinə əsasən, NATO müharibə vəziyyətində olan Ukraynaya ordu göndərməyəcək:

“NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur. Ötən həftə Ukraynada səfərdə idim, onlar bunu xahiş etmədi, ukraynalılar NATO əsgərlərinin gəlməsini xahiş etmədilər. Onların (Ukrayna – red.) istədikləri sadəcə daha çox yardımdır”, – NATO Baş katibi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir