Stoltenberq: Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır

Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır və alyans Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

Stoltenberq Rusiyanı Gürcüstan ərazilərindəki qondarma qurumları müstəqil dövlət kimi tanımasını geri çəkməyə çağırıb.

“Rusiya tərəfindən Gürcüstanın işğal altındakı ərazilərinin anneksiyasına dair istənilən təhdid qəbuledilməzdir”, – Stoltenberq bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir