NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Stoltenberq “Twitter” də bildirib.
“Mən cənab Ərdoğanı seçilməsi münasibəti ilə təbrik etdim. Biz Vilnüsdə keçiriləcək NATO zirvə görüşünün əsas məsələlərini müzakirə etdik, Ukraynaya dəstəyimizi gücləndirməyi və İsveçin NATO-ya üzvlüyünü müzakirə etdik” – Stoltenberq bildirib.
Azinformasiya.az