Şoyqu: Ukraynanın əks-hücumunun dəf edilməsi zamanı 71 rusiyalı hərbçi həlak olub

Ukraynanın cəbhənin müxtəlif istiqamətlərində əks-hücumlarının dəf edilməsi zamanı 71 rusiyalı hərbçi həlak olub.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə əsasən, Ukraynanın hücumunun qarşısını alarkən 219 nəfər yaralanıb.

Rusiyanın müdafiə naziri qeyd edib ki, 15 tank və 9 piyada döyüş maşını vurulub.

Bundan başqa, Şoyqu bildirib ki, bütün istiqamətlərdə 3 gün davam edən döyüş əməliyyatları zamanı Ukrayna Silahlı Qüvvələrinin itkiləri 3715 hərbçi, 52 tank, 207 zirehli texnika, 134 texnika, 5 təyyarə və 2 helikopter təşkil edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir