Şoyqu: Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə çalışır

Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, Cənubi Qafqazda mövcudluğunu gücləndirməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bu gün Minskdə KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında söyləyib.

“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həllinin səviyyəsi ilə müəyyən edilir. Hazırda Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti təmin edir. Lakin Qərb hər vasitə ilə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, – Şoyqu vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir