Şolts: NATO-Rusiya müharibəsinin olmaması üçün əlimdən gələni edəcəyəm

Münaqişənin daha da böyüməməsi, NATO və Rusiya arasında müharibənin olmaması üçün əlimdən gələni edəcəyəm.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts MAZ-ın suallarını cavablandırarkən deyib.

“Ukraynaya güclü dəstəkdən əlavə, mənim üçün bir şey önəmli olaraq qalır. Biz müharibənin genişlənməməsi, yəni Rusiya ilə NATO arasında müharibənin olmaması üçün əlimizdən gələni edəcəyik. Biz Ukraynaya öz əsgərlərimizi göndərməyəcəyi və bu kontekstdə hər bir silah tədarükünün nə demək olduğunu diqqətlə nəzərdən keçirəcəyik”, – Almaniya Kansleri bildirib.

“Həmçinin Almaniya Ukraynanı Avropanın bütün ölkələrindən daha çox silah və sursatla dəstəkləyir. Yalnız silah və sursat verilməsinə 28 milyard avrodan çox pul xərcləmişik. Bu bir çox digər ölkələrin birgə xərclədiyindən daha artıqdır. Bundan sonra da nə qədər lazımdırsa, xərcləyəcəyik. Bu, Putinə hər kəsin (Ukraynaya-red.) dəstəkdən vaz keçəcəyini gözləməməli olduğunun vacibliyini göstərir”, – Şolts vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir