Şolts: Almaniya Ukraynaya “Taurus” raketlərini tədarük etməyəcək

Almaniya Ukraynaya “Taurus” raketlərini tədarük etməyəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Almaniya kansleri Şolts DPA-nın redaktorlar konfransında bu barədə sualı cavablandırarkən bildirib:

“Almaniya Ukraynanın Avropada ən böyük hərbi dəstəkçisidir. Bu, belə qalır. Lakin bir şey aydındır: Biz müharibə edən tərəfə çevrilməyəcəyik – nə birbaşa, nə də dolayı yolla. Bu iki prinsipi bütün qərarlarımda rəhbər tuturam”.

Almaniya Kansleri bildirib ki, Ukraynanın “Taurus” raketlərindən də çox ehtiyac duyduğu digər silahlar var:

“Bu, çox uzaq mənzilli bir silahdır. İngilislərin və fransızların hədəfə nəzarət və onu müşayiət edən hədəf nəzarəti baxımından etdikləri Almaniyada edilə bilməz. Bunu bu sistemlə məşğul olan hər kəs bilir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir