Şirvanda avtomobil velosipedçini vurub

Şirvanda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Şirvan Şəhər Təcili Yardım Məntəqəsinin yaxınlığında qeydə alınıb.

Velosipedlə hərəkətdə olan Şirvan sakini, 1972-ci il təvəllüdlü Məmmədov Vüsal Süleyman oğlunu avtomobil vuraraq ağır yaralayıb.

Sözügedən şəxs müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir