Sibiqa: Ukrayna atəşkəslə bağlı işçi qrupu yaratmağa hazırdır

Ukrayna atəşkəsin həyata keçirilməsinə hazırlıqla məşğul olacaq işçi qrupu yaratmağa hazırdır.

 

Azinformasiya.az  Ukraynanın “Strana” nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Polşa xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında deyib.

“Biz Rusiya tərəfinin mövqeyini gözləyirik. ABŞ tərəfi onlarla əlaqə saxlayacaq. Biz öz tərəfimizdən bu atəşkəsə necə nail olacağına dair yol xəritəsini hazırlayacaq müvafiq qrup yaratmağa hazırıq”, – o vurğulayıb.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında keçirilən görüşdə Ukrayna ABŞ tərəfinin 30 günlük müvəqqəti atəşkəs təklifini dəstəkləyib və qəbul edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir