Salyanda maşın aşıb, ölən və xəsarət alanlar var

Salyanda ağır yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 18-ci kilometrliyində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin – Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Azər Aslanov ölüb. Sürücü və daha 2 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Salyan rayon xəstəxanasına yerləşdiriliblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir