Sabunçuda mağazada yanğın baş verib

Bakı şəhərinin Sabunçu rayonunda mağazada yanğın olub.

 

Azinformasiya.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 330 m² olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsində sahəsi 30 m² olan otaqda 1 ədəd kondisioner, rəf və stol yanıb. Otağın qalan hissəsi və bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir