Sabirabadda avtomobil piyadanı vurub

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.

Belə ki, “Hyundai” markalı avtomobil yolu keçən Qaragüney kənd sakini, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Heybət oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir