Sabirabadda 6 otaqlı evdə yanğın olub

Sabirabadda 6 otaqlı evdə yanğın baş verib.

 

Azinformasiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Qaralar kəndində ümumi sahəsi 210 m² olan birmərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 2 otağının və aynabəndinin lambirdən və qamış örtükdən ibarət tavanı 90 m² sahədə yanıb. Yüksək temperaturdan çardağın taxta atmaları qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir