Milli Məclisin deputatı Səyyad Aran İmişli rayonunun Qızılkənd kəndində seçiciləri ilə növbəti görüşünü keçirib. Deputat ötən dövr ərzindəki fəaliyyəti barədə seçicilərinə ətraflı hesabat verib.
Azinformasiya.az xəbər verir ki, qəbul zamanı kənd sakinləri onları narahat edən bir sıra problemlər haqqında məlumat veriblər. Bəzi məsələlər yerindəcə həllini tapıb, eyni zamanda sakinlərə hüquqi izah verilib. Həlli araşdırma və zaman tələb edən müraciətlərin isə qeydiyyatı aparılıb. Millət vəkili söz verib ki, həmən müraciətlərlə bağlı aidiyyatı dövlət qurumlarına tezliklə sorğular göndərəcək.
Kənd sakinləri hər zaman onları diqqətdə saxladığına görə deputata öz təşəkkürlərini bildiriblər.
Qəbulda İmişli RİH başçısının Qızılkənd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Niyaməddin Cəfərov da iştirak edib.



Azinformasiya.az