“Sən alnında satqın damğası olan qorxaqsan” – Sarkisyandan Paşinyana

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın ünvanına sərt ifadələr işlədib.

“Azinformasiya.Az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Sarkisyan Paşinyanı qorxaq və satqın adlandırıb. Onun “Tarix faktlarla yazılır” adlı yazısı “Facebook” səhifəsində yayımlanıb:

“Kimsə Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi haqda danışarsa, sən susmalısan, Nikol Paşinyan! Qorxaqlara xas manipulyasiya fəndləri ilə həyasızcasına yalan danışa və tarixi saxtalaşdıra bilərsən, hər şeyi biabırçı məğlubiyyətini ört-basdır edəcək və məsuliyyətdən yayınacaq bir şəkildə düz-qoş edə bilərsən. Sən tarixə öz kreslosuna görə müharibəni uduzan, alnında satqın damğası olan bir qorxaq kimi düşəcəksən. Tarix faktlarla yazılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir