Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan iki “VAZ” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1976-cı il təvəllüdlü E.Bayramova, 1990-cı il təvəllüdlü G.Həsənova və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir