Şəmkirdə bazar ərazisində yanğın baş verib

Şəmkirdə yanğın hadisəsi olub.

 

Azinformasiya.az hadisə rayonun fəaliyyət göstərən bazarların birində baş verib. Rayon Mərkəzi Bazarında Həbibli 1 MMC-nin ərazisində 1998-ci il təvəllüdlü Cəfərov Hidayət Namiq oğluna məxsus ümumi sahəsi 40 kv.m olan dəmir konusturuksuyalardan ibarət kababxanada anidən yanğın olub.

Hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın əsnasında kababxana kimi fəliyyət göstərən obyektin yanar konstruksiyaları və içərisində olan 1 ədəd soyuducu, qaz piltəsi, stol, stullar və digər əşyalar yanıb. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından tam mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir