Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, avtomobil hərəkətdə olan yolu qarşı tərəfə keçmək istəyən 1972-ci il təvəllüdlü T.İsrafilovanı vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda ölən piyadanın kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az