Şəmkirdə bədbəxt hadisə olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.
Kənd ərazisində 3 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Məlumata əsasən, həmin şəxslər küçədə apardıqları nərdivan elektirk naqillərinə toxunub və onları cərəyan vurub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az