Şəkidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Şəkidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kiş kəndində qeydə alınıb.

Kiş kənd sakinləri – 1994-cü il təvəllüdlü Taryel Məhəmməd oğlu Abdullayev, 1993-cü il təvəllüdlü Billur Məmmədrəsul qızı Abdullayeva, 2019-cu il təvəllüdlü Fərid Taryel oğlu Abdullayev və 2024-cü il təvəllüdlü Məhəmməd Taryel oğlu Abdullazadə dəm qazından zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə daxil olublar.

Xəstəxanada tibbi yardımdan sonra onların vəziyyəti stabilləşib. Hazırda müalicələri Şəki RMX-da davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir