Şəkidə 6 otaqlı evdə yanğın olub

Şəkidə 6 otaqlı fərdi yaşayış evində yanğın olub.

 

Azinformasiya.az  xəbər verir ki, axşam saatlarında Şəki şəhəri H. Sarabski küçəsində Akif Süleyman oğlu Hacıbabayevə məxsus ümumi sahəsi 615 kv/m olan kürsülü birmərtəbəli 6 otaq, şüşəbənd və eyvandan ibarət fərdi yaşayış evinin mətbəx hissəsində yanğın baş verib.

Yanğın söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir