Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb.
Azinformasiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib.
Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq həlak olublar.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Azinformasiya.az