Səfir: “Rusiya Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır”

“Rusiya Azərbaycanla əlaqələri bundan sonra daha da inkişaf etdirməkdə maraqlıdır”.

Azinformasiya.Az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ölkələr arasında münasibətləri yeni sabit səviyyəyə keçirir.

M.Boçarnikov hər iki ölkənin regionda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduğunu bildirib: “3+3 formatı çərçivəsində əməkdaşlıq bu baxımdan vacib əhəmiyyət kəsb edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir