Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan AZİNFORMASİYA.AZ-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 17-də ölkə üzrə 440 ictimai iaşə obyektində 762 monitorinq keçirilib. Monitorinqlər zamanı 17 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində yerləşən, fiziki şəxs Rzayeva Sürayyə Ağa Musa qızına məxsus “Seabay” restoranı;
2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, fiziki şəxs Mirsəliyev Musa Alcan oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küç., ev 25 ünvanında yerləşən, hüquqi şəxs “Beat Restaurants” MMC-yə məxsus restoran;
4. Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsində yerləşən, fiziki şəxs Nuriyev Zamin Mirqiyas oğluna məxsus “Şəfa” restoranı;
5. Bakı şəhəri, Nəsimi rayonu, 20Yanvar küçəsilə Cavadxan küçəsinin kəsişməsində yerləşən, hüquqi şəxs “Cəlil” firmasına məxsus kafe;
6. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küç., ev 40 ünvanında yerləşən, fiziki şəxs Əsədov Tale Seyfəddin oğluna məxsus çay evi;
7. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küç., ev 22A ünvanında yerləşən, fiziki şəxs Yasar Arsuya məxsus “Bahar Lahmacun” restoranı;
8. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 ünvanında yerləşən, fiziki şəxs Quliyev İlqar Yaşar oğluna məxsus “Marmaris” kafesinin nəzdində fəaliyyət göstərən dönərxana;
9. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti və Şəfaət Mehdiyev küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Baxışov Cəmaləddin Baxış oğluna məxsus kafe;
10. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küçəsində yerləşən, fiziki şəxs Bəfadarlı Hüseyn Dünyamalı oğluna məxsus çay evi;
11. Bakı şəhəri, Binəqədi rayonu, Ş. Məmmədova küçəsində yerləşən, fiziki şəxs Əliyev Süleyman Mübariz oğluna məxsus kafe;
12. Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsi 60 ünvanında yerləşən, fiziki şəxs Muradova İradə Oleqovnaya məxsus “Food Bazar” restoranı;
13. Bakı şəhəri, Xətai rayonu, Genaral Şixlinski küç., ev 451 ünvanında yerləşən, fiziki şəxs Salmanov Fəxrəddin Məhəmmədəli oğluna məxsus “Çinar” kafesi;
14. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küç., ev 6 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Asif Taftıq oğluna məxsus “Avşar” kafesi;
15. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Alıyeva Aytəkin Valeh qızına məxsus “Qutab evi” kafesi;
16. Qazax rayonu, M. Ə. Rəsulzadə qəsəbəsində yerləşən, fiziki şəxs Vəliyev Səməd Faiq oğluna məxsus kafe;
17. Göygöl rayonu, Aşıqlı kəndində yerləşən, fiziki şəxs Zeynalov Ələmdar Hüseyn oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.