“Real Madrid”in prezidenti Zidanı qovmaq istəmir

İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres baş məşqçi Zinəddin Zidanı istefaya göndərmək niyyətində deyil.

AZİNFORMASİYA.AZ xarici mətbuata istinadən xəbər verir ki, yalnız 49 yaşlı mütəxəssisin özü ayrılmaq barədə qərar qəbul edə bilər.

Madrid təmsilçisi Zidan postundan ayrılacağı təqdirdə digər baş məşqçilərə yönələcək. Əsas namizəd İtaliya “Yuventus”unda işləmiş Massimiliano Alleqri hesab edilir.

Qeyd edək ki, “Real Madrid” La Liqada sona bir tur qalmış 81 xalla ikinci pillədə qərarlaşıb. “Atletiko” (Madrid) 83 xalla liderdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir