Şəmkirdə evdə partlayış baş verib, xəsarət alan var

Şəmkirdə evdə partlayışla müşahidə olunan yanğın olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində baş verib.

Partlayışda qəsəbə sakini, 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri alıb.

O əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sonra isə vəziyyəti ağır olduğu üçün Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir