Şəkidə yol qəzası olub, 5 nəfər xəsarət alıb

Şəkidə yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə axaşam saatlarında Şəki-Qax avtomobil yolunda, Qoxmuq kəndi ərazisində baş verib.

Hərəkətdə olan “Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Onlardan biri – 1949-cu il təvəllüdli Çingiz Kamal oğlu Səmədovun müalicəsi xəstəxanada davam etdirilir. Digərlərinin xəsarətləri yüngül olduğu üçün onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir