Rutte: Bu gün NATO zirvəsində İran məsələsi müzakirə olunacaq

“Bu gün NATO zirvəsində İran məsələsi müzakirə olunacaq”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte bildirib.

“Mən gözləyirəm ki, müttəfiqlər bu gün İran məsələsini də müzakirə edəcəklər. İnanıram ki, onlar İranın heç vaxt nüvə silahı əldə etməməli olduğunu təsdiqləyəcəklər”, – Rutte bildirib.

Baş katib vurğulayıb ki, digər mühüm prinsip dəniz naviqasiyası azadlığının təmin edilməsidir. Onun sözlərinə əsasən, dəniz yollarının tam şəkildə yenidən açılması bütün ölkələr üçün həyati əhəmiyyət daşıyır və bu, mütləq şərtdir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir