Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb

Rusiyanın Voronej vilayətində Mi-28 hərbi helikopteri qəzaya uğrayıb və sərt enişdən sonra alovlanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Voronejin “Moyo” portalına İstintaq Komitəsinin hərbi idarəsindən məlumat verilib.

“Sosial şəbəkələrdə hadisənin saat 18:00 radələrində baş verdiyini bildirirlər. Qəzanın səbəbləri məlum deyil”, – məlumatda deyilir.

Qəzanın yanvarın 1-də baş verdiyi vurğulanır.

Sərt enişdən sonra yanğın Mi-28-i tamamilə yararsız vəziyyətə salıb.

Portalın məlumatına görə, İstintaq Komitəsi hadisədən sonra yoxlama təşkil edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir