Rusiyanın Kursk vilayətinə PUA-larla hücum olub

Ukrayna ərazisindən Rusiyanın Kursk vilayətinə pilotsuz uçuş aparatları və raketlərlə kütləvi hücum olub.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, bu barədə regional administrasiyadan məlumat verilib.

Yayılan informasiyaya əsasən, hazırda ərazidə vəziyyət gərgin olaraq qalmaqdadır.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ukrayna ərazisindən sərhəd pozulmasının qarşısını aldığı barədə xəbər yayılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir