Hava hücumu təhlükəsi ilə əlaqədar Rusiyanın bəzi aeroportlarının fəaliyyəti məhdudlaşdırılıb.
Azinformasiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Rosaviasiya”nın mətbuat katibi Artyom Korenyako Ukraynanın PUA hücumları təhlükəsi səbəbindən Soçi aeroportunun uşular yerinə yetirmədiyini və reysləri qəbul etmədiyini bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarından Həştərxan, Kazan və Volqoqrad aeroportlarının da fəaliyyətində məhdudiyyətlər tətbiq olunub, reyslər başqa aeroportlara yönləndirilib.
Həmçinin Samara, Qroznı və Mahaçqala aeroportları da hava hücumu təhlükəsi ilə əlaqədar fəaliyyətini dayandırıb.
Son məlumata əsasən, Həştərxan və Volqoqrad aeroportlarına tətbiq olunmuş məhdudiyyət artıq götürülüb.
Azinformasiya.az