Sabunçu rayonunda avtomobil piyadanı vurub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.
1965-ci il təvəllüdlü Yadigar Əhmədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə 1963-cü il təvəllüdlü Solmaz Rzayevanı vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.
Azinformasiya.az