Rusiyada qəlyanxanada partlayış olub, 3 nəfər yaralanıb

Moskva vilayətinin Domodedovo şəhərində qəlyanxanada partlayış olub.

 

Azinformasiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində üç nəfər yaralanıb.

“Moskva vilayətinin Domodedovo şəhərində, Qaqarin küçəsində yerləşən qəlyanxanada partlayış baş verib. Ehtimal olunur ki, qumbara partlayıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb”, deyə Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada əks olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir