Rusiyada prezident seçkilərinin yekun nəticəsi açıqlanıb, Putin 87,28% səs toplayıb

Rusiyada prezident seçkilərinin yekun nəticəsi açıqlanıb.

 

Azinformasiya.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, Vladimir Putin 87,28 faiz səs (76 277 708 nəfər) toplayıb.

Digər namizədlərə gəlincə, Nikolay Mixayloviç Xaritonov seçicilərin 4,31 faizinin (3 milyon 768 min 470 nəfər), Vladislav Andreyeviç Davankov 3,85 faizinin (3 milyon 362 min 484 nəfər), Leonid Eduardoviç Slutski 3,2 faizinin (2 milyon 797 min 629 nəfər) səsini alıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir