Rusiyada avtomobil qatarla toqquşub, 20 vaqon relsdən çıxıb

Rusiyanın Transbaykal vilayətində avtomobil yük qatarı ilə toqquşub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Hadisə nəticəsində 20 vaqon relsdən çıxıb, qatarların hərəkəti dayandırılıb.

Qəza Bamovskaya-Qoralı marşrutu ilə hərəkət edən qatarda baş verib.

Avtomobilin sürücüsü ağır vəziyyətdə yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Toqquşma nəticəsində 20 boş vaqon relsdən çıxıb.

Qəzanın nəticələrinin aradan qaldırılmasının bir neçə gün çəkə biləcəyi ehtimal olunur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir