Rusiyada ata 4 azyaşlı uşağını qətlə yetirib

Rusiyanın Tver vilayətində 4 uşaq qətlə yetirilib.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə “Mejurka” bağ massivində baş verib.

Massivdə yerləşən şəxsi evdə 1 yaşdan 7 yaşa qədər uşaqların meyiti tapılıb. İlkin məlumatlara əsasən, uşaqları atası qətlə yetirib.

Qətldən sonra o, intihara cəhd etsə də, sağ qalıb. Kişi xəstəxanaya aparılıb. Hazırda hadisə yerində müstəntiqlər işləyir.

Faktla bağlı iki və daha çox şəxsi qətlə yetirmək maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir